"İRƏLİ" İctimai Birliyi və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, tədbir Filarmoniyanın nəzdində olan Kamera və Orqan Musiqi zalında baş tutacaq. Konsertdə "İRƏLİ" Mədəniyyət Mərkəzi üzvləri olan gənc ifaçılar dünya musiqi mədəniyyəti tarixində parlaq iz qoymuş dahi sənətkarın mahnılarını ifa edəcəklər. Eyni zamanda M.Maqomayevin həyatından bəhs edən qısa film nümayiş olunacaq.
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, öz sənəti ilə milyonların sevgisini qazanmış və Azərbaycanı dünyada tanıdan əvəzolunmaz M.Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramının təşkil olunması bizim üçün məsuliyyətli, eyni zamanda qürurverici hadisədir. Məqsədimiz dahi sənətkarın ruhuna hörmət nümayişi ilə yanaşı, həm də M.Maqomayev irsinin gənclər arasında təbliğ olunmasıdır.
Qeyd edək ki, konsert proqramında 400 nəfər qonağının işitrakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB