Boşanmaların sayı artıb

Ermənistanda vəziyyət acınacaqlı olaraq qalır. SİA-nın adı çəkilən ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, milli statistika xidməti bu ilin ilk 6 ayı ərzində nikahların sayının 1,6 faiz azaldığını, boşanmaların sayının isə 0,4 faiz artdığını açıqlayıb. Bununla belə cari ilin yanvar-iyun aylarında hər min nikaha düşən boşanmaların sayı 173 olub. Əvvəlki illərlə müqayisədə isə bu rəqəm 168 idi.

Bütün xəbərlər Facebook səhifəmizdə