Paytaxtda 40 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Deportamentindən SİA-ya verilən məlumata görə, avqustun 10-da Havanın temperaturu gecə 22-25, gündüz 32-36 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə isə avqustun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, avqustun 12-də bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 25-30 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə