Avqust ayının 8-də Nizami rayonunun Keşlə qəsəbəsində müqəddəs Ramazan bayramı münasibətilə iftar süfrəsi açılıb. Qeyd edək ki, imkansız ailələrə kömək etmək, tənha və kimsəsizlərə yardım göstərmək əsl xeyirxah, nəcib bir işdir. Xüsusilə də, On bir ayın sultanı olan Müqəddəs Ramazan bayramında ac qarınları doyurmaq daha savabdır. İndi Ramazan ayında məscidlərdə, eləcə də evlərdə iftar süfrələri açılır, ağzıdualı oruc tutanlar iftarlarını açırlar. İftar mərasimində sakinlərə müraciət edən millət vəkili, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva keşləliləri bayram münasibətilə təbrik edib və müqəddəs Ramazanın Azərbaycanda geniş qeyd olunduğunu bildirib.
Millət vəkili Rövnəq Abdullayevin köməkçisi də Milli Məclisin deputatının salamlarını və təbriklərini sakinlərin diqqətinə çatdırıb.
Ardınca Müqəddəs Qurani Kərimdən ayələr oxuyub və dualar edilib.
Sonra 500-dək qonağa milli yeməklərdən və şirniyyatlardan ibarət iftar süfrəsi verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB