"Azərbaycan Dəmir Yollar"ı QSC-da heç bir qiymət artımından söhbət gedə bilməz. Bunu SəsTV-yə açıqlamasında adı çəkilən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
QSC-nın sözçüsünün sözlərinə görə, Tarif Şurasının təsdiq etdiyi qiymətlər əsasında bilet satışı həyata keçirilir: "Dəmir Yollarında başlıca problem sərnişin sıxlığ ilə bağlı ola bilər ki, bunu da biz qatarlara əlavə vaqonlar qoşaraq aradan qaldırmağa çalışırıq. Həmçinin ölkə daxilində havaların isti keçməsi ilə əlaqədar olaraq idarə tərəfindən bir sıra işlər həyata keçirilir. Belə ki, Sərnişin Daşıma Departamenti gün ərzində bütün vaqonların kondisoner sistemini yoxlayır. Bununla belə reyslərarası məsamələrə baxış keçirilir ki, hər hansı bədbəxt hadisə baş verməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB