Qatarların sürrəti artacaq

Azərbaycan dəmir yolunun inkişaf proqrami var və proqram çərçivəsində Bakıdan- Böyük Kəsik stansiyasına qədər olan dəmir yolunun 317 km-i əsaslı təmir olunmalıdır. SİA-nın xəbərinə görə, bunu SəsTV-yə müsahibəsində "Azərbaycan Dəmir Yollar"ı QSC-nın mətbuat katibliyinin rəsmisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, bunun artıq 104 km-i təmir olunub və bu işlər yenə də davam etdirilir: "Dövlət proqramında da yeni vaqonların alınması, təmiri nəzərdə tutulur. Biz artıq 50 vaqon təmirə göndərmişik. Onun 10-u təmirdən keçib və yaxın günlərdə Bakıda olacaq.Yəni bu istiqamətlərdə biz işlərimizi mütəmadi olaraq davam etdiririk".

Dəmir Yolları QSC-nın sözçüsü onu da sözlərinə əlavə etdi ki, dövlət proqramında həmçinin dəmir yolunun yenilənməsi, muasirləşməsi, Bakıdan-Böyük-Kəsiyə qədər olan yolda elektrik təchizati, rabitə, siqnal sistemində yeniliklər həyata kecirilir: "Bu yeniliklər həyata keçiriləndən sonra yollarda qatarların sürrət həddi saatda 120-140 лшдщьуекэ çatdırılacaq".

O , həmçinin inşası davam edən Bakı-Tbilisi-Qars dəmir yoluna da toxundu:

"Baki-Tiblis-Qars dəmir yolu 2013-cu ildə hazır olacaq. Bu müddətə qədər də biz öz ərazimizdə yenilik işləri aparırıq və muasir Avropa standartlarına cavab verən yeni vaqonların alınması və onun təmirini həyata keçirəcəyik. Bu təmir işlərini "Dəmir Yol Servis" MMC öz öhdəsinə götürüb. Tiflisdə gələcəkdə 160 km yolun reabilitasiyası (yenidən qurulması) işləri də öz qaydasında davam etdiriləcək. Bu işlər davamlı, qrafikə uyğun bir şəkildə reallaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə