Avqustun 9-da Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin dəvəti ilə Frontex Agentliyinin icraçı dire4ktoru cənab İlkka Laytinenin rəhbərlik etdiyi nümayəndə heyyəti Azərbaycana səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidməti rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib.Görüşdə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə edilmiş nəaliyyətlər barəsində məlumat verilibı. Qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivləri, o cümlədən tərəflər arasında əlaqələrin normativ hüquqi bazasının inkişaf etdirilməsi, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans çərçivəsində fəaliyyətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühavizəsi və "Sərhədçi" İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB