London metrosunun və texniki yerlərin təmizlik işlərilə məşğul olan xadimələr 48 saatlıq tətil elan ediblər. "Press Association" xəbər verir ki, etirazçılar Olimpiada keçirilən müddətdə göstərdikləri əlavə işə görə kompensasiya tələb edirlər.
Nəqliyyat həmkarlarının rəhbəri Bob Krou bildirib ki, bütün dünya Londona axışıb gəldiyi və bütün planetin həzz aldığı bir vaxtda xadimələr həyat uğrunda mübarizə aprırlar: "Təşkilatçılar tərəfindən isə onlara heç bir təşəkkür edilmir və heç bir mükafat verilmir".
London metropoliteninin nümayəndəsi Pol Hafton isə bildirib ki, bu cür mabahisələr metronun işinə və təmizliyinə təsir etməməlidir. Çünki Olimpiada zamanı işlərin gərgin olacağını nəzərə alan rəhbərlik metropolitenə əlavə işçilər qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB