“Nar Mobile” uğurlar arzu edir

“Nar Mobile” uğurlar arzu edir

"Nar Mobile" Rəsmi Kommunikasiya Tərəfdaşı olduğu Milli Olimpiya yığmamızın qaliblərini təbrik edir və növbəti yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzu edir. London 2012 Olimpiya Oyunlarında sərbəst güləş üzrə 48 kq kateqoriyasında çıxış edən Mariya Stadnik gümüş medal qazanıb. Bu günə qədər London 2012 Olimpiaya Oyunlarında idmançılarımız 4 medal (2 gümüş və 2 bürünc) əldə edib..

Qazanılan hər qələbə hər bir Azərbaycanlı üçün çox böyük sevinc və fəxr hissi yaradır. "Nar Mobile" mobil operatoru da öz növbəsində bu qələbəyə sevinir, idmançılarımızı və bütün xalqımızı ürəkdən təbrik edir.

Bu günlərdə idmançılarımız boks (91 kq), kanoy, gimnastika, taekvondo və digər idman kateqoriyaları üzrə oyunlarda iştirak edəcəklər. Biz daha çox nailiyyətlərin əldə olunmasına ümid edirik.

Nar Mobile, Olimpiya Oyunlarında iştirak edən növbəti idmançılara uğurlar diləyir və hər zaman onlara dəstək olmağı şirkətin qarşısına qoyduğu vacib bir şərt kimi yanaşır. Biz "Nar Mobile" şirkəti olaraq ölkəmizi təmsil edən hər bir idmançı ilə fəxr edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə