Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, "Şirvan" EŞ-də də istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir.
"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, cari ilin son üç ayında burada yüksək gərginlikli (10 və 6 KV-lik) elektrik verilişi xətlərinin 1,3 kilometrində təmir işləri həyata keçirilib. Bundan əlavə smartkart sayğaclarının quraşdırılması ilə əlaqədar sayğacların girişinə 1,7 kilometrə yaxın kabel xətti çəkilmiş, 0,4 kV-lik xətlərin müəyyən hissəsi isə SİP kabellə əvəzlənib.
Qeyd edək ki, təmir işləri müəssisənin xidməti ərazisində olan transformator məntəqələrindən də (TM) yan keçməyib. Belə ki, sözügedən dövrdə beş TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
"Smartkart tipli sayğacların quraşdırılması texniki itkilərin azaldılması, ödənişlərin artırılması və s. ilə yanaşı elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də həyata keçirilən tədbirlərdən biridir", - deyən mənbə "Elektrik enerjisindən istifadə qaydaları"nın pozulmasına görə, keçirilmış reydlər zamanı aşkar edilmiş nöqsanlar barəsində də məlumat verib.
Mənbədən verilən məlumata görə, cari ilin 6 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 13 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 67,6 min k/v artıq itirilmiş elektrik enerjisinin 4,1 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğ tamamilə ödənilib və eyni zamanda ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.
Qeyd edək ki, burada yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, artıq yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB