Məzahir Pənahov Murtuz Ələsgərov haqqında...

Məzahir Pənahov Murtuz Ələsgərov haqqında...

Murtuz Ələsgərov insanlara düzgün yol göstərən bəlkə də çox az fərdlərdən biri idi. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, həmin dövrün çətin yollarında, siyasi burulğanlarında düzgün yolu görmək heç də hər insanın işi deyildi. Onun sözlərinə görə, indi keçmişə baxanda Murtuz Ələsgərov həm milli maraqlar baxımından, həm də beynəlxalq dəyərlər və standartlar baxımından xüsusi mövqe nümayiş etdirən insanlardan idi: "Azərbaycan müstəqillik qazandıqdan sonra onun ölkəmizin qurulmasında ümummilli lider Heydər Əliyevin yanında aparıcı simalardan biri idi. Eyni zamanda, həm Azərbaycan Konstitusiyasının, həm də Azərbaycan Respublikasının hüquqi bazasının formalaşmasında onun çox böyük rolu olub. Sonrakı fəaliyyəti də bacarığı sayəsində yüksələn istiqamətdə gedib. Milli Məclisdə olduğu dövrdə də milli maraqlarımızı hər zaman müdafiə edib. İnsani keyfiyyətləri də yüksək səviyyədə idi. Onunla əlaqədə olan hər bir kəs ondan yalnız müsbət münasibət görüblər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə