Millət vəkili: “O insanları bir əqidə ətrafında birləşdirməyi bacarıb”
Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov gözəl, səmimi insan, prinsipial əqidəli siyasətçi idi. SİA-nın xəbərinə görə, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, onun bütün bu keyfiyyətləri tanıyanların sevgisini qazandırıb. Onun sözlərinə görə, Murtuz Ələsgərov insanları bir əqidə ətrafında birləşdirməyi bacarıb: "Milli Məclisə rəhbərlik etdiyi dövrdə demokratik prinsiplərin bərqərar olmasında, həmin prinsiplər əsasında iclasların keçirilməsində fikir müxtəlifliyinə daima yol verirdi. Müxtəlif mübahisəli məsələlərdə, kompromislərdə münasib variant tapa bilir, insanları bir müstəvidə toplayırdı. Bütün bunlara görə bu gün Murtuz müəllimin dünyasını dəyişməsi Azərbaycan xalqı üçün böyük bir itgidir. Görkəmli ictimai-siyasi xadim Murtuz Ələsgərovun xatirəsi onu sevənlərin, tələbələrinin, onunla bir əqidə ətrafında birləşib mübarizə aparanların, Milli Məclis üzvlərinin qəlbində daima yaşayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB