O bundan sonra da böyük bir məktəb olacaq

O bundan sonra da böyük bir məktəb olacaq

"Murtuz Ələsgərov Azərbaycan dövlətçiliyinin qurlmasında öz biliyini, təcrübəsini, qabiliyyətini sona qədər sərf etmiş bir insan idi". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Nizami Cəfərov deyib. Murtuz Ələsgərovla müxtəlif dövrlərdə həm universitetdə, həm də Milli Məclisdə yoldaşlıq, dostluq etdiyini xatırladan N.Cəfərov bildirib ki, mərhum özündən yaşda, bilikdə kiçik olan insana da çox böyük təsir edən, təcrübə verən səmimi bir insan idi.

"Müxtəlif ölkələrdə səfərlərdə olan zaman biz yalnız millətini, xalqını sevməyi yox, həm də necə yoldaşlıq etməyi, eyni zamanda səmimi və qayğıkeş olmağı ondan öyrənmişik. Hərhalda mən belə düşünürəm ki, Murtuz müəllim bundan sonra da öyrənmək istəyənlər üçün böyük bir məktəb olacaq. O, səmiyiyyəti və yüksək intellekti ilə böyük şəxsiyyət idi".

Bütün xəbərlər Facebook səhifəmizdə