Qızıl Meydanda nəhəng iftar çadırı

Qızıl Meydanda nəhəng iftar çadırı

Rusiyanın paytaxtı Moskvada 7-ci dəfədir nəhəng Ramazan çadırı qurulub. "Qızıl meyda"nın yaxınlığında qurulan çadırda eyni vaxtda 250 nəfər iftar aça biləcək. Ramazan çadrının açılışı isə xüsusilə möhtəşəm olub. Moskva bələdiyyəsi və Rusiya dumasının rəhbərliyi, din xadimləri və bir çox rəsmi şəxslərin qatıldığı açılışa Rusiya mediası da böyük diqqət göstərib.

İftara qatılan Rusiya Musəvilərin konqresinin rəhbəri Zinovi Koqan və yahudilərin dini lideri Adolv Şayeviç, Moskva bələdiyyəsinin səlahiyyətli nümayəndəsi Yuri Artuyux, Ortadok kilsəsinin nümayəndəsi Matyuşkin və Protestant kilsəsinin birliklərinin sədri Sergey Yeraxoviski çıxış edərək Ramazanın birlik və bərabərlik ayı olduğunu, insanların qardaşcasına bir araya toplanmasının gözəlliyindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə