Hərbi prokuror “dedovşina” faktını təsdiq etdi

Hərbi prokuror “dedovşina” faktını təsdiq etdi

"Ölümün səbəblərindən asılı olmayaraq, əsgər vəfat edirsə belə, hər bir fakt üzrə cinayət işi açılır. Səbəblər ciddi şəkildə araşdırılır, hər bir fakt üzrə qanuni tədbirlər görülür". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev jurnalistlərə açıqlamasında bildirib: "Biz hər bir fakt barədə ictimaiyyətə məlumat vermirik, buna ehtiyac yoxdur".

Orduda "dedovşina" faktlarının olması barədə suala cavabında prokuror təəssüflə qeyd edib ki, bəzən belə faktlar ortaya çıxır: "Bunun səbəbi çox vaxt gərgin psixoloji vəziyyətlə əlaqədar olur. Heç nədən, bir kəlmə söz üstündə müəyyən hadisə baş verir".

Hərbi prokuror həmçinin onu da qeyd edib ki, hərbi kontingentdə baş verən cinayətlərin sayının artması barədə yayılan məlumatların heç bir əsası yoxdur: "İldən ilə hərbidə törədilən cinayətlərin sayı azalır. Məsələn, bu ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 10 faizdən artıq azalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə