Əsgərimiz intihar edib

Azərbaycan Ordusunun daha bir əsgəri intihar edib. SİA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissəsində baş verib. Təmas xəttində xidmət edən 18 yaşlı əsgər Murad Qurban oğlu Ağakərimli posta olarkən xidməti silahı ilə özünü vurub. Nəticədə o, aldığı güllə yarasından vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, M.Ağakərimli bu ilin aprelində Xətai rayonundan hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə