Dünyanın nə qədər ömrü qalıb? Bu sual indi çoxlarını maraqlandırır, eyni zamanda təşvişə salır. Məşhur elm adamı, unikal proqnozları ilə hamını heyrətə salan Stefen Hawkingin açıqlamaları isə bu təşvişi bir az da artırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimin əvvəllər verdiyi proqnozların hamısı demək olar ki, düz çıxıb. Cambridge Universitetində təşkil olunmuş elmi konfrans da məhz Yer planetinin taleyi məsələsinə həsr olunub.
"Kainatın vəziyyəti" adlı konfransa sağlamlıq vəziyyətinin əl verməməsi səbəbiylə qatıla bilməyən məşhur fizikaçı, internet üzərindən canlı olaraq yığıncağı izləyib. Konfransa danışma qeydi göndərən Hawking bildirib ki, insanlığın gələcəyi planetlər arası səyahətin mümkün hala gəlməsindən asılıdır.
Dahi sözlərini belə davam etdirib: "Aşağıya ayaqlarınıza deyil, səmaya baxmağı ağlınızda saxlayın. Yaşadığımız bu narın planetdən kənara çıxmadan, kənar qalaktikalar, planetlərlə əlaqə qurmadan 1000 il həyatda qala biləcəksiniz".
Məşhur elm adamı Stephen Hawking iki gün öncə 70 yaşını tamamlayıb. Xüsusi texnologiyayla təchiz edilmiş cihazın köməyi, boyun əzələləri ilə düşüncələrini kompüterə köçürə bilən Hawkingin boyun əzələlərinin əvvəlkitək işləməməsi səbəbindən zəiflədiyi və bu səbəblə artıq söyləmək istədiklərini köçürə bilmədiyi ortaya çıxıb.
Hawkingin indi son texnoloji cihazlarla, beyin dalğaları ya da göz bəbəklərinin hərəkəti ilə danışmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB