Ölkə ərazisində hökm sürən isti hava şəraitinin avqust ayının 9-da da davam edəcəyi gözlənilir. Lakin ayın 10-u və 11-də şimal-qərb küləyinin əsməsilə əlaqədar temperatur rejiminin bir qədər aşağı düşəcəyi proqnozlaşdırılır. SİA-nın məlumatına görə bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava az buludlu və yağmursuz keçəcək, şimal-qərb və cənub-şərq küləkləri əsəcək, havanın temperaturu gündüz saatlarında 33-38 dərəcə isti olacağı gözlənilir. Ayın 10-u və 11-də şimal-qərb küləyinin arabir güclənməsilə əlaqədar temperatur rejimi bir qədər aşağı düşəcək, ayın 10-da gündüz saatlarında 32-37 dərəcə, ayın 11-də isə 30-35 dərəcə isti olacaq.
Bölgələrə gəldikdə isə A.Verdiyev bildirib ki, ayın 9-da bölgələrdə hava şəraiti yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun günorta saatlarında aran rayonlarında 35-40 dərəcə, dağlıq rayonlarda isə 25-30 dərəcə isti olacağı proqnozlaşdırılır. Avqust ayının 10-u və 11-də bölgələrdə əsasən yağmursuz, lakin axşam və gecə dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Temperatur gündüz aran rayonlarında 34-39 dərəcə, dağlıq rayonlarda isə 24-29 dərəcə isti təşkil edəcək.
Departament rəsmisi bildirib ki, ilkin proqnozlara əsasən ayın 10-u və 11-də temperatur 2-3 dərəcə aşağı enəcək və ayın 12-dən etibarən yenidən yüksələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB