Gənclər Fondu Oğuzda təqdimat keçirib

4-7 avqust tarixində "Gələcəyə körpü" Gənclər İctimai Birliyinin həyata keçirdiyi Gənc Liderlər Akademiyasının Oğuz rayonunda yay düşərgəsi keçirilib. Azərbaycan Gənclər Fondundan SİA-ya verilən məlumata görə, düşərgənin keçirilməsində əsas məqsəd layihə zamanı öyrənilən biliklərin müxtəlif praktik fəaliyyətlərini qrup işləri vasitəsilə daha dərindən aşılanması və akademiya iştirakçılarının yay istirahətinin səmərəli təşkili olunmasıdır. Düşərgədə Azərbaycan Gənclər Fondunun Layihələr və Regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, ABŞ-ın İnkişaf Agentliyinin missiya rəhbəri, Milli Demokratiya İnstitutunun əsas heyəti və 50 nəfər gənc iştirak edib.

Fondun təmsilçisi V.Seyidbəyov düşərgə iştirakçılarına Gənclər Fondu haqqında geniş informasiya verib, gəncləri Fonda müraciət etmə, layihələri hazırlama və təqdim etmə qaydaları barədə məlumatlandırıb. Gənclərin böyük marağına səbəb olmuş görüşdə düşərgə iştirakçılarının müxtəlif sualları cavablandırılıb, görüş diskussiya şəklində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...