Paytaxtda havanın hərarəti yüksəlir

Paytaxtda havanın hərarəti yüksəlir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 22-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində isə 40 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Bu gün ölkə ərazisində hava şəraitinin isti, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-38, yarımadanın bəzi yerlərində 40, aran rayonlarında və Naxçıvan MR-da 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə