Azərbaycanlılarla ermənilər arasında qız üstündə dava

Azərbaycanlılarla ermənilər arasında qız üstündə dava

Ukraynanın Odessa şəhərində Dnepropetrovsk yolunda azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb. Ukrayna mediasının yazdığına görə, dava loru desək, qız üstündə olub. SİA-nın əldə etdiyi məlumata görə, mübahisə qadın üstündə düşüb.

"Kimsə kiminləsə görüşüb. Sonra onun qardaşı qohumları ilə birgə gəliblər. Mübahisəni sülh yolu ilə aradan qaldıra bilməyiblər və yumruqlar işə düşüb". Bunları insident barədə məlumat verən Ukraynanın Daxili İşlər Nazirliyinin Odessa şəhər idarəsinin mətbuat katibi Tatyana Xmelnitskaya deyib.

Mətbuat Katibinin bildirdiyinə görə, davada 10-dan artıq adam iştirak edib. Milislər hadisə yerinə gələndə qafqazlılardan biri onlara müqavimət göstərib. Avqustun 4-cü gecə saatlarında baş verən hadisənin digər iştirakçıları da saxlanılaraq milis idarəsinə aparılıb.

T.Xmelnitskaya onu da vurğulayıb ki, dava etnik zəmində baş verməyb: "İnsidentin bütün iştirakçıları yerli sakinlərdir. Sadəcə qadını bölə bilməyiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə