Hazır yeməklər ölüm saçır! ARAŞDIRMA

Hazır yeməklər ölüm saçır! ARAŞDIRMA

Hazır yeməklər, yəni fast foodlar insan orqanizmi üçün zərərlidir. Hazır yeməklərin tərkibində zərərli qatqı maddələri toplanır. Bu da qidaları təhlükəli vəziyyətə gətirir. Buna baxmayaraq vaxta və pula qənaət etmək məqsədilə hazır yeməklərdən ofisdə, ictimai-iaşə obyektlərində işləyənlər, tələbələr, ümumiyyətlə əksəriyyət istifadə edir.

Dönər satılan obyektdən də bildirilib ki, insanlar hazır yeməklərə üstünlük verirlər. Obyekt sahibi fast-fooddan daha çox istifadə edənlərin gənclər olduğunu, əsasən də tələbələrin vaxta qənaət etmək səbəbilə hazır yeməklərə üstünlük verdiyini dedi.

Azərbaycan Respublikası Gigiyena və Epidemalogiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev fast-food yeməklərinin dünyanın bir çox ölkələrində satıldığını və əsasən gənclər tərəfindən daha çox qəbul olunduğunu dedi. Onun sözlərinə görə, ölkəmizdə də fast-fooda gənc nəsil daha çox müraciət edir, lakin bizdə sanitariya qaydalarına az riayət olunur: "Keçirdiyimiz reydlər zamanı yeməklərin bişirilməsində və içinə qatılan qatqıların tərkibində çox sayda nöqsanlara rast gəlirik. Hazır yeməklərin alıcılara təklifində də nöqsanlar var. Daha yaxşı olar ki, insanlar yeməklərinə diqqət və zaman ayırsınlar. Ayaq üstə deyil, rahat şəkildə müəyyən yerlərdə oturaraq qidalansınlar".

İmran Abdullayev onu da qeyd etdi ki, tərkibində daha çox insan orqanizmi üçün zərərli qatqıları olan fast food dönərdir. Onun sözlərinə görə, hazır yeməklər qəbul olunduqda həzm prosesi pozulur. Hatta bir çox hallarda müəyyən şiş xəstəliklərinin yaranmasına hazır yeməklərin səbəb olduğu da bildirilir.

Şöbə müdiri bildirdi ki, antisanitariya şəraitində fast-food yeməklərinin satılmasının qarşısı cərimələr vasitəsilə alınır. "Bu cərimələr İnzibati Xətalar Məcəlləsilə müəyyən olunur. Məcəlləyə görə ictimai iaşə müəssisələrində sanitariya sahəsində inzibati xəta buraxan şəxsə 50 manatdan 200 manatadək cərimə tətbiq olunur. Hüquqi şəxslər isə 200 manatdan 400 manata qədər cərimə olunur".

Hərhalda oraqnizmimiz üçün zərərli məhsulları özümüz istəyərəkdən qəbul edirik. Heç nəyə baxmayaraq, sağlamlığı qorumağın ən gözəl yolu isə yeməkləri öz əllərimizlə bişirməkdir. Əgər buna vaxtımız və imkanımız yoxdusa heç olmasa alınan hazır yeməklərin tarixinə və keyfiyyətinə diqqət edək.

Bütün xəbərlər Facebook səhifəmizdə