Erməni silahlı qüvvələri cəbhənin bir neçə istiqamətində atəşkəsi pozublar. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu dəfə isə əsas hədəf Tərtərin Qapanlı kəndi olub. Bu dəfə erməni silahlı bölmələri kənd sakinlərinə məxsus otlaq sahələrini atəşə tutub. Atəşkəsin pozulması nəticəsində bir neçə baş iri və xırda buynuzlu mal-qara tələf olub. Ermənilər mal-qara ilə yanaşı sahədə işləyən kənd sakinlərinə və texnikalara da atəş açıblar. Sakinlər atəş zonasından çıxmağa çalışsalar da erməni hərbçiləri buna imkan verməyib. Sakinlər isə havanın qaralmağını gözləyərək otlaq sahələrini tərk ediblər.
Məlumat üçün bildirək ki, yarım saata yaxın davam edən gülləboranda xoşbəxtlikdən sakinlər arasında xəsarət alan olmayıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB