Ramazan bayramı ilə əlaqədar 3 gün qeyri-iş günü olacaq

Ramazan bayramı ilə əlaqədar 3 gün qeyri-iş günü olacaq

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar üç gün qeyri-iş günü olacaq. SİA-nın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, Ramazan bayramı ilə əlaqədar bu il 19-20 avqust tarixləri qeyri-iş günü elan edilib. 19 avqust bazar gününə təsadüf etdiyindən, bayramdan sonrakı növbəti iş günü – 21 avqust tarixi də qeyri-iş günü elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə