Diplomatlarımız Suriyanı tərk etdilər

Diplomatlarımız Suriyanı tərk etdilər

Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri Suriyanı tərk ediblər. Bu barədə açıqlamanı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. SİA-ya verilən məlumata görə, Azərbaycan tərəfi səfirliyin işçilərinin ölkəni tərk etməsi üçün hər cür şərait yaradıb.

"Hazırda Suriyada Azərbaycan vətəndaşı yoxdur. Bakı ümid edir ki, Suriyada vəziyyət tezliklə normallaşacaq və Azərbaycanın diplomatik missiyası öz fəaliyyətini bərpa edəcək", - XİN-in mətbuat xidmətindən deyilib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 mini keçib. 230 minə yaxın insan öz evini, şəhərini, kəndini tərk edərək qaçqına çevrilib, üç milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti isə bəyan edir ki, hakimiyyətə qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparır.

Azərbaycanın Suriyadakı diplomat korpusu Suriyanı tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə