1930 – Məşhur rəssam, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov anadan olub.
1932 - Sovet hökumətinin "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarı ilə xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyulub. Qərara görə, dövlət əmlakından hətta xırda oğurluq güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda da kənd təsərrüfatında repressiyalara zəmin yaradıb.
1939 - Səudiyyə Ərəbistanı "Standard Oyl" şirkətinə neft emalı üçün konsessiya verib.
1944 – ilk proqramlaşdırılmış kompüter olan "Mark I" istifadəyə verildi.
1947 - SSRİ xalq artisti Sofiya Rotaru anadan olub.
1966 - Vikipediyanın yaradıcısı Cimmi Ueyls anadan olub.
1992 - Azərbaycanda "Ərazi müdafiə qərargahlarının yaradılması haqqında" fərman verilib. Qərar sərhəd bölgələrində və Dağlıq Qarabağda erməni qüvvələrinin hücumlarının qarşısını almaq üçün yerli əhalinin səfərbər olunmasını nəzərdə tuturdu. Lakin nəticə etibarilə bu addım hərbi özbaşınalığa, vahid komandanlığa tabe olmayan silahlı dəstələrin yaranmasına rəvac verdi.
1993 - Cənub bölgəsində Ələkram Hümbətovun başçılığı altında qondarma qurum - "Talış-Muğan Respublikası" elan olunub. Xalq Cəbhəsi iqtidarı dövründə Müdafiə Nazirliyində yüksək postlar tutan (bir müddət nazir müavini) polkovnik Ə.Hümbətovun avantürası Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə barışmayan qüvvələr tərəfindən təşviq olunurdu. Yerli əhali arasında isə bu separatçılığın dəstəyi yox idi və H.Əliyevin qətiyyətli tədbirləri nəticəsində ona son qoyuldu.
1998 - Əl-Qaidənin Nayrobi (Keniya) və Dar-əs-Salamda (Tanzaniya) ABŞ səfirliklərinə qarşı
törətdiyi terror aktlarında 200 nəfər ölüb, 4000 nəfərə yaxın insan zərər çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB