YAP gəncləri iftar süfrəsi açıb

YAP gəncləri iftar süfrəsi açıb

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşəbbüsü ilə Bakı Biznes Mərkəzinin "Şam Bulvar" restoranında iftar süfrəsi açılıb. Mərasimdə YAP GB-nin sədr müavini Aygün Əliyeva və "Yay məktəbinin" gənc fəalları iştirak edib. Mərasimdə A.Əliyeva bütün "Yay məktəbi"nin iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə gənc fəalları təbrik edərək, milli mənəvi həmrəyliyin, mərhəmətin rəzmi olan bayramda bütün fəal gənclərə can sağlığı, xoşbəxtlik arzulayıb.

Mərasimdə iştirak edən gənclər də YAP GB-nin bu təşəbbüsünü hörmətlə qarşıladıqları vurğulayaraq bildiriblər ki, YAP GB-nin bu təşəbbüsü gəncləri daha da yaxınlaşdırır, onları milli-mənəvi dəyərlərimizin daşıyıcısı kimi tərbiyə edir.

İftar süfrəsindən sonra gənc fəallar Dənizkənarı Milli Parka gəzintiyə çıxıb.

İfrat süfrəsinin açılması ilə bağlı YAP GB-nin sədr müavini Aygün Əliyeva SİA-ya açıqlamasında bildirib ki, "Yay məktəbi"nin gənc fəallarının iştirakı ilə iftar süfrəsi açılıb. Bu gənclərə diqqətdən irəli gəlir. Çünki biz regionlarda da şahidi olmuşduq ki, sıralarımızda olan gənclərdən bu Müqəddəs Bayramda oruc tutanlar var. Bu səbəbdən düşündük ki, onlar üçün bu müqəddəs ayda iftar süfrəsi açaq. Gənclər "Yay məktəbi" layihəsi çərçivəsində bir-birləri münasibət yaratsalar da, artıq onların bu münasibətləri dostluğa çevirilib.

İftar süfrəsində region gənclərindən də iştirak etdiyini bildirən YAP GB-nin sədr müavini əlavə edib ki, "Yay məktəbi" layihəsinin əhəmiyyətli tərəflərindən biri də region gəncləri ilə münasibətlərin yaradılmasıdır. İftar süfrəsində də region gənclərinin iştirak etməsi bir daha göstərdi ki, həqiqətən də gənclər "Yay məktəbi" çərçivəsində gənclər möhkəm dostluq münasibətləri qurub və bu münasibətlər bu gün də davam edir.

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə