Kimsəsiz uşaqlara pulsuz xidmət

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti AMCHAM-la (Amerika-Azərbaycan Ticarət Palatası) birlikdə "Ümid Yeri" uşaq evinə hədiyyə olaraq pulsuz yüksək sürətli internet təmin edən on (10) "Sür@" data kartı bağışlayıb. Bakcell-dən SİA-ya verilən məlumata görə, Amerika-Azərbaycan Ticarət Palatası İKT (informasiya və kommunikasiya texnologiyaları) departamentinin təşəbbüsünün tərkib hissəsi kimi uşaq evini kompyuter avadanlığı kompleksi, baza stansiyası və kabel televiziyası ilə təchiz edəcək. Ehtiyacı olan uşaqlara təməl kompyuter biliklərinin aşılanması üçün təlimlərin keçirilməsi də gözlənilir. Bu layihə çərçivəsində Bakcell, Microsoft, Rapid Solutions, PwC, Connect və Azərbaycanın Uşaqları hərəkatının nümayəndələri bu yaxınlarda "Ümid Yeri" uşaq evinə səfər ediblər. Bakcell özünün Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə "Ümid Yeri" uşaq evinə göstərilən müsbət töhfələrə görə böyük fərəh hissi duyur.

Bakcell bütün uşaqların özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss etməsinin təmin edilməsində əhəmiyyətli rol oynadığına inanır. Şirkətin Korporativ Sosial Məsuliyyət (KSM) proqramı olan "Bakcell Stars" 2009-cu ildən həyata keçirilməyə başlayıb və olduqca sadə və səmimi bir missiyanı yerinə yetirir: xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım edir. Öz KSM siyasəti vasitəsilə Bakcell bütün Azərbaycanda fiziki və əqli qüsurlu uşaqlar və onların ailələri üçün ümid yeri olub.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, "Sür@" xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə