Doğurdan da cox maraqlıdır. Özünü yaranmışların ən ağıllısı hesab edən insan necə də bu cinayətə əl atır. Alimlərin hesablamalarına görə dünya dövlətlərində 3000 – dən cox nüvə başlığı vardır. Amma dünyanı darmadağın etməyə isə təkcə bir neçə atom başlığı kifayətdir. Dünya səviyyəli partlayışdan biri də 1945-ci il avqustun 6-si Xirosima şəhərində baş verib.
Bu gün Xirosima faciəsindən 67 il ötür. Belə ki, 1945-ci il avqustun 6-sı saat 08:15-də ABŞ hərbi aviasiyasına məxsus təyyarədən Yaponiyanın Xirosima şəhərinə atom bombası atılıb. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Xirosima şəhəri, avqustun 9-da isə Naqasaki bomba hücumuna məruz qalıb. "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət heyətin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" ləqəbli təyyarədən 5 tonluq atom bombasını Xirosimaya atıb.
O dövr üçün Yaponiyanın ən inkişaf etmiş şəhərlərindən sayılan və ən güclü hərbi bazaların yerləşdiyi Xirosima şəhərinin yarısı atom bombasının zərbəsindən tamamilə məhv olub. Nəticədə 70 min nəfər ölüb, 140 min nəfər yaralanıb, 100 mindən artıq adam radiasiya şüalanmasına məruz qalıb. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olub, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olub. Faciəli partlayışdan sonra Yaponiya qeyri-şərtsiz Amerikaya təslim olub.
Bundan 3 gün sonra – avqustun 9-u saat 11:02-də ABŞ aviasiyası Yaponiyanın digər şəhəri Naqasakiyə "Fat Man" adlı Plutonium-239 tipli atom bombasını atıb. Partlayış nəticəsində Naqasaki şəhərinin 74 min sakini həlak olub. Naqasaki bələdiyyəsinin açıqladığı rəsmi məlumata görə, 9 avqust 1945-ci ildə və sonradan radiasiyanın təsirindən ölənlərin sayı 143.124 nəfərdir. Sonrakı illərdə də üzə çıxan bu radiasiya təsirləri nəticəsində dünyasını dəyişən insanların sayı yüz minlərlədir.
Qeyd edək ki, hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə artıq dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya və s. ölkələrin arsenalına daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB