Rövşən Bayramov finalda!

Bu gün London Olimpiadasında güləş yarışlarına start verilib. Pekin Olimpiadasında finala kimi irəliləyən Rövşən Bayramov (55 kq) bu dəfə qızıl medal qazanmaq iddiasındadır. Yarımfinalda idmançımız Cənubi Koreya təmsilçisi Qyunjin Çoi ilə üz-üzə gəlib və gözəl qələbə qazanıb. Rövşənin finaldakı rəqibi iranlı Məhəmməd Soryan olacaq.

Qeyd edək ki, 1/16 finalda R.Bayramovun rəqibi rusiyalı Minqiyan Semyonov olub. Görüş dünya çempionumuz üçün uğurlu alınıb. İlk hissədə qələbə qazanan Rövşən növbəti hissədə də qalib gələrək, 1/8 finala yüksəlib.

Onun növbəti rəqibi amerikalı Tomas Manqo Spenser olub. Pəhləvanımız üçün asan keçən ilk hissə rəqibin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

İkinci hissədə də amerikalı güləşçi çətin anlar yaşayıb və Rövşən yenə 4:0 hesabı ilə qələbə qazanıb. O, nəticədə daha bir mərhələ irəliləyib.

R.Bayramov 1/4 finalda çinli Li Şujinlə üz-üzə gəlib və möhtəşəm qələbə qazanıb. Yarımfinalda Rövşənin rəqibi Cənubi Koreya təmsilçisi Qyunjin Çoi olub və pəhləvanımız yenidən qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə