Türkiyədə atışma: 2 ölü, 6 yaralı

Türkiyədə atışma: 2 ölü, 6 yaralı

Türkiyənin Hakkari vilayətində PKK silahlıları polis məntəqələrinə hücum edib. Geçimli kəndində 3 ayrı polis məntəqəsinə hücum nəticəsində 2 mühafizəçi ölüb, 3-ü qadın olmaqla, 6 nəfər dinc sakin isə yaralanıb.

Hakkari-Çukurca magistral yolunda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında gecədən səhərədək davam edən atışmada bir neçə əsgərin də öldüyü və yaralandığı, lakin onların sayının hələ dəqiqləşmədiyi bildirilir. Yüzlərlə kənd sakini yaralıların aparıldığı xəstəxananın önünə axın edib.

Bütün xəbərlər Facebook səhifəmizdə