Jokeyimiz ikinci mərhələyə adladı

Jokeyimiz ikinci mərhələyə adladı

Bu gün Azərbaycan jokeyi Camal Rəhimov XXX London Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Atçılığın konkur növü üzrə keçirilən birinci təsnifat mərhələsi yarışlarında 75 idmançı mübarizə aparıb.

C.Rəhimov "Warrior" (Döyüşçü) ləqəbli atla maneələri beş cərimə xalı ilə keçib. Dörd rəqibi ilə 53-cü pillədə qərarlaşmış idmançımız avqustun 5-də keçiriləcək ikinci təsnifat mərhələsi yarışlarına vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə