Yaxın 2-3 gün ərzində ölkə ərazisində isti hava şəraiti davam edəcək və yağmursuz hava şəraiti müşahidə olunacaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova deyib. O bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Onun sözlərinə görə, günorta saatlarında cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti təşkil edəcək.
Azərbaycanın bölgələrində də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Amma avqustun 6-7-də gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Havanın tempraturu gündüz saatlarında Mərkəzi Aran rayonlarında 33-38, bəzi yerlərdə 40 dərəcə isti, dağlarda isə tempratur 25-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB