Misir müftisi Əli Cümə Respublika Prezidenti Məhəmməd Mürsidən Ramazan ayında oruc tutmayanlar haqqında qanuni tənzimləmə aparmasını tələb edib. Misir Fətva Təşkilatı tərəfindən edilən şərhdə qeyd olunub ki, bir müsəlmanın Ramazanda hər hansı bir üzürlü səbəb olmadan qəsdən insanların gözü qarşısında yeyib içməsi günahdır. Bu şəxslər əvvəlcədən xəbərdar edilməlidir. Əks təqdirdə oruc tutmayan insanların cəzalanacağı bildirilib.
Müfti: "Bu şəkildə davranmaq fərdi azadlıq deyil, əksinə İslamın müqəddəsliyinə qarşı edilən bir hücumdur. Çünki səbəbsiz oruc tutmamaq günahı ictimai şəkildə elan etməkdir. Bu da Müsəlman ölkəsində hörmət sərhədlərinin aşılması baxımından haramdır. Bir müsəlman sağlamlıq səbəbindən oruc tuta bilməzsə oruc tutmadığını gizlətməlidir. Qeyri-müsəlman bir adam da Ramazanda aşkar şəkildə yeyib-içmirsə, oruc tutmayan müsəlman da ən azı bu dərəcədə həssas olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB