“XXI əsrin liderləri” Rostova toplaşır

“XXI əsrin liderləri” Rostova toplaşır

5-11 avqust tarixində Rusiya Federasiyasının Rostov şəhərində Rusiya Gənclər İttifaqı tərəfindən hər il təşkil olunan "XXI əsrin liderləri" yay düşərgəsi keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycanı tədbirdə "İRƏLİ" İctimai Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti təmsil edəcək.

Düşərgənin əsas məqsədi müxtəlif ölkələrin gənc liderlərini bir arada toplayıb, gənclərlə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparmaq və eyni zamanda yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Düşərgə müddətində gənclərə müxtəlif mövzularda seminar, təlim və praktiki çalışmalar keçiriləcək.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycanın ən fəal təşkilatı olaraq müxtəlif beynəlxalq layihələr və düşərgələrdə yaxından iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə