Temperatur yüksələcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Avqustun 4-5-də ölkə ərazisində hava şəraitinin isti, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə