DİN ekspertləri nədən danışıblar?

DİN ekspertləri nədən danışıblar?

Avqust ayının 2-dən 4-dək Bakıda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti müşavirəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin Daxili İşlər Nazirlikləri ekspertlərinin iclası keçirilib. DİN-dən SİA-ya verilən məlumat görə, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna, Rusiya Federasiyası daxili işlər nazirliklərinin nümayəndə heyətləri, həmçinin MDB İcrayyə Komitəsinin və üzv dövlətlərin ərazisində mütəşəkkil və digər təhlükəli cinayətlərə qarşı Mübarizənin Koordinasiya Bürosunun təmsilçiləri iştirak edib.

İclasda cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın daha da möhkəmləndirilməsi üzrə bir sıra prioritet məsələlər müzakirə olunub.

Tədbir iştirakçıları MDB DİN Şurasının gələn ay Bakıda keçirilməsi nəzərdə tutulan iclasının gündəliyini də müəyyənləşdiriblər.

Görüş dostluq, qarşılıqlı anlaşma və etimad, konstruktiv əməkdaşlıq şəraitində keçib. İştirakçılar tədbirin yüksək səviyyədə təşkilinə və yaradılan şəraitə, göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə minnətdarlığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə