5-11 avqust tarixlərində Rusiya Federasiyasının Rostov şəhərində Rusiya Gənclər İttifaqı tərəfindən hər il təşkil olunan "XXI əsrin liderləri" yay düşərgəsi keçiriləcək. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, Azərbaycanı tədbirdə "İRƏLİ" İctimai Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti təmsil edir. Düşərgənin əsas məqsədi müxtəlif ölkələrin gənc liderləri ilə birgə müxtəlif mövzularda fikir mübadilələri aparmaq və eyni zamanda yeni əməkdaşlıqların qurulmasıdır. Düşərgə müddətində gənclərə müxtəlif mövzularda seminar, təlim və praktiki çalışmalar keçiriləcək.
Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycanın ən fəal təşkilatı olaraq müxtəlif beynəlxalq layihələr və düşərgələrdə yaxından iştirak edir.
Minarə Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB