Erməni mövqeləri susduruldu

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında, Gədəbəy, Goranboy və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə