Gürcüstanın Uraki şəhərində Kontakt döyüş növləri üzrə Dünya kuboku keçirilib. Yarışlarda İran, Ermənistan, Gürcüstan və Azərbaycan idmançıları iştirak ediblər. Kontakt-karate Federasiyasının mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyevin SİA-ya verdiyi məlumata görə, bu mötəbər yarışda Yevlax və Ucar şəhərlərindən olan idmançılar ümumilikdə 20 nəfərdən ibarət heyətlə Azərbaycanı təmsil ediblər. Nümayəndə heyətinə Kontakt-karate Federasiyasının baş hakimi, 5-dan qara kəmər ustası Xaləddin Şirinov rəhbərlik edib. Dünya kubokunda tatami üzərində 13 nəfər idmançı öz qüvvəsini sınayaraq qızıl medalla vətənə qayıdıb. Bu yarışda komanda hesabı ilə Azərbaycan komandası 1 yerə layiq görülüb.
8-9 yaşlar arasında Arif İsmayılzadə – 18 kq çəki dərəcəsində, Elmir Xasməmmədov – 20 kq çəki dərəcəsində, Cavanşir Cavanşirli – 22 kq çəki dərəcəsində, Yaşar Rəsulov – 25 kq çəki dərəcəsində, 10-11 yaşlar arasında Elgiz Vəliyev – 27 kq çəki dərəcəsində, Əşrəf Yusibov – 30 kq çəki dərəcəsində, Ülvi Hümbətov – 33 kq çəki dərəcəsində, Tural Yusifov – 40 kq çəki dərəcəsində, 12-13 yaşlar arasında Cavid Mustafayev – 30 kq çəki dərəcəsində, Kamil Salahov– 35 kq çəki dərəcəsində, Orxan Novruzov – 38 kq çəki dərəcəsində, 14-15 yaşlar arasında Fuad Bağırov – 55 kq çəki dərəcəsində və 16-17 yaşlar arasında Eltun Kərimov – 65 kq çəki dərəcəsində tatami üzərində öz qüvvələrini sınayaraq turnirin qalibi olaraq 1 yerə layiq görülüblər.
Qeyd edək ki, idmançılarımızın növbəti yarışda 27-30 avqust 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Uraki şəhərində " Qızıl Kəmər " adlı turnirdə iştirakı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB