İnternat məktəbini bitirənlər işlə təmin olunacaq

Bu gün Müharibə Veteranı Qadınlarına Sosial yardım İctimai Birliyi imkansız ailələrin üzvlərinə ödənişsiz peşə-ixtisas öyrətmək üçün Tədris Məişət Mərkəzinin fəaliyyətinin gücləndirilməsi layihəsi çərçivəsində mətbuat konfransı keçirib. Layihənin maliyyə dəstəyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olub. Tədbirdə Erməni Təcavüzünün Dünyaya Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Müharibə Veteranı Qadınlarına Sosial yardım ictimai birliyinin sədri Radə Abbas layihə çərçivəsində imkansız ailə üzvlərindən 26 nəfərin ödənişsiz peşə-ixtisas biliyinə yiyələndiyini və işlə təmin olunduğunu bildirib. "Mövcud layihəyə bu ilin Aprel ayının 5-də start verilib. 20 nəfərə Dövlət Dəstəyi Şurası hesabına, 6 nəfərə isə İctimai birliyin hesabına peşə-ixtisas öyrədilib və işlə təmin olunub. Gələcəkdə də internat məktəblərini bitirən gənclərimizin yeni perspektivli iş yerlərilə təmin olunması barədə layihələr həyata keçirəcəyik".

Daha sonra tədbir iştirakçıları layihənin başa çatması ilə əlaqədar Radə Abbası təbrik edib, layihənin imkansız ailələrin gənc üzvlərinə böyük dəstək olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...