Qlobal məkanda diffamasiya məsələləri

Qlobal məkanda diffamasiya məsələləri

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən "Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər" adlı layihənin icrası çərçivəsində seminarlar davam etdirilir. SİA-nın xəbərinə görə, media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə Bakı Avrasiya Universitetində "Qlobal məkanda diffamasiya məsələləri: müasir milli və beynəlxalq standartlar" mövzusunda keçirilən seminarda diffamasiyanın anlayışı, komponentləri və dekriminalizasiyası məsələlərinə aydınlıq gətirilib.

Avropa Məhkəməsi təcrübəsində diffamasiya işləri nəzərdən keçirilərək ətraflı müzakirələr aparılıb, eyni zamanda Azərbaycan Respublikasının cinayət və mülki qanunvericiliyində diffamasiya ilə bağlı müddəalara xüsusi diqqət ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə