London Yay Olimpiya Oyunları çərçivəsində 1/8 finalda mübarizə aparan 3 boksçumuzun üçü də qələbə qazanıb. Aldığımız məlumata görə, öncə 91+ çəki dərəcəsində Azərbaycanı təmsil edən Mahəmmədrəsul Məcidov Konqo boksçusu Muamba Maji üzərində gözəl qələbə qazanıb.
56 kiloqram çəki dərəcəsində vuruşan Məhəmməd Abdulhəmidov da yaponiyalı boksçu Satoşi Şimizu üzərində qələbə qazansa da, idmançımız 3-cü raundda biabırçı vəziyyətə düşüb. Rinqdə tez-tez yıxılan boksçumuz tamaşaçılar tərəfindən fitə basılıb. Amma ilk 2 raundda xal fərqinin böyük üstünlüklə Abdulhəmidovun xeyrinə olması onu ¼ finala çıxarıb.
91 kiloqram çəki dərəcəsində isə Teymur Məmmədov 1 xal üstünlüklə avstraliyalı rəqibi Tapu Opetayaya qalib gəlib. Hərçənd ilk 2 raundda heç-heçə qeydə alınlb – 5:5, 4:4.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB