Azərbaycan çempionu "Neftçi" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq üçün ilk oyununu keçirib. İsraildə "Hapoel" (Kiryat Şmona) klubuna qarşı oyun komandamız üçün pis nəticələnib. Belə ki, Azərbaycan çempionu bu görüşdə darmadağın edilib. Qapısında 4 qol görən flaqmanımız növbəti mərhələyə çıxmaq şansını faktiki olaraq itirib. Bundan sonra yalnız möcüzə "Neftçi"ni xilas edə bilər.
Qeyd edək ki, rəqib komandanın qollarını Barak Badaş (42 pen.), Şimon Abuhadzira (52) və Brayan Gerziçiç (73; 76) vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB