Londonda Olimpiya oyunlarının idman intriqasını qalmaqallar daha da maraqlı edir. Bu dəfə qalmaqal mövzusu Azərbaycan olub. Britaniyanın "Sky News" kanalı Azərbaycan bayrağına bürünmüş bir nəfərin üzərində Azərbaycan Olimpiya Komitəsi yazılmış bilet satdığını nümayiş etdirib. Bileti satan ingilis dilində danışmadığından onun dediklərini yanındakı şəxs tərcümə edib. O, həmin adamın artıq bir neçə belə bilet satdığını deyir və bildirir ki, onlara bileti Azərbaycanda nazirlik ucuz qiymətə verib. Guya Londonda üzərində Azərbaycan bayrağı olan hər hansı bir şəxsdə artıq bilet var. O da iddia edilir ki, bu adamların hamısı nazirlikdə işləyirlər və guya nazirlik bu biletləri onlara komandanı dəstəkləmək üçün verib. Onlar isə satırlar ki, bir az pul qazansınlar. Maraqlıdır ki, kanal bu kadrları yaysa da, bilet alverçisinin üzünü xüsusi effetlə bağlayıb və onun doğrudan da azərbaycanlı olduğunu sübut edən heç bir fakt təqdim etmir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "Sky News"da yayımlanan məlumatın yanlış olduğunu və məsələnin araşdırıldığını bildirib: "Xüsusi olaraq vurğulamaq istəyirəm ki, rəsmi nümayəndə heyətindən bilet satan olmayıb. Çünki ən azı bura gələn hər bir rəsmi nümayəndə heyəti bilir ki, bu, qanunlara zidd bir hərəkətdir. Bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, nümayəndə heyətinə biletlər kvota şəklində verilir, yəni müəyyən bir miqdarda verilir. Hətta bizə açılış üçün cox az - 9 bilet verilmişdi. Gənclər və İdman Nazirliyinin səyi nəticəsində biletlərin sayı artırıldı".
Gün ərzində "Sky News"la əlaqə saxladıq və burada bizə heç bir məlumat vermədilər. Araşdırmalarımızı davam etdirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB