Quba-Xaçmaz bağlarında gavalı yığımına artıq çoxdandır ki, başlanılıb. Bağbanların fikrincə, məhsuldarlıq ötən illərlə müqayisədə 15-20 faiz yüksəkdir. Amma yaxşı bağa qulluq edən bağbanların məhsulu daha da boldur.
Şimal bölgəsində 33 min 406 hektar meyvə bağı var ki, bunun da 30 faizini gavalı bağları təşkil edir. Artıq 3 gündür ki, bu bağlarda gavalının dərimi başlayıb.
Bu ilki məhsuldarlıq və meyvənin keyfiyyəti bağbanları sevindirib. Bağbanlar məhsulu yığmağa gec başlayıblar. Yığım gec başladığına görə, yaxın və qohumları ilə birlikdə meyvə yığımına başlayıblar.
Bağbanlar bildirirlər ki, meyvə boldur ancaq alıcılıq qabiliyyəti çox aşağıdır. Rusiya bazarlarına göndərmək istəsələr də Gömrük Keçid Məntəqəsində ƏDV-nin baha olmasından gileylənirlər.
Xarici bazarlara məhsullarını satmaq üçün onlar gömrük keçid məntəqələrinə böyük rüsum ödədikləri üçün onlara bu məhsulu xarici bazarlara aparıb satmaq qanə etmir.
Bağlarda yığım nəticəsində bütün bağban ailələrini bağlarda görmək mümkündür. Səhər yeməyindən başqa günorta və axşam yeməylərini bağban ailələri bağda çadır quraraq orda istirahət edirlər.
Qubada indi bağı olan bütün bağ sahibləri evdə azyaşlı məktəblidən tutmuş, 70 yaşlı nənəni də meyvə yığımında görmək mümkündür. Bağbanlar meyvə daşımaq üçün ucuz yük maşınları alırlar ki, yığdıqları meyvəni evlərinə apara bilsin.
Hər il bağbanlar gavalı yığımına avqustun əvvəlində başladıqları halda, bu mövsüm bu proses ayın 21-dən sonra mümkün olub.
Emin Kərimov,
Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB