İsmayıllıya “Mətbuat qeyri-rəsmi” adlı tur təşkil edilib- FOTOSESSİYA

İsmayıllıya “Mətbuat qeyri-rəsmi” adlı tur təşkil edilib- FOTOSESSİYA

Azərbaycanın bir qrup jurnalistləri mətbuat gününü gec də olsa özünəməxsus qeyd ediblər. SİA-nın məlumatına görə, Azərbaycan mediasının 30-dan çox jurnalistinin mətbuat gününü qeyd etməsi üçün İsmayıllı rayonuna təşkil edilmiş səfərinin adı isə "Mətbuat qeyri-rəsmi" olub. Bakıdan hazırlıqlı yola düşən qrup İsmayıllıda Şahdağ dövlət qoruğunun da yerləşdiyi gözəl məkanlardan biri olan Buynuz kəndində ayaq saxlayıb. Səhər saat 7-də Bakıdan yola çıxan jurnalistlər artıq saat 10-da adıçəkilən ərazidə olub. Belə ki, 10 saata yaxın çəkən turda mətbuat nümayəndələri maraqlı oyunların şahidi olub. Hətta jurnalistlərin birliyini təmin edəcək yeni bir təşkilatın yaradılması təklifi də gəlib. Bundan sonra da belə turların müntəzəm olaraq təşkil olunması fikri irəli sürülüb.

Qeyd edək ki, İsmayıllı turuna saat 20:00-da yekun vurulub və bütün jurnalistlər yenidən şəhərə qayıdıb. Onu da əlavə edək ki, tura millət vəkili Fuad Muradovun dəstəyi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə