Bu günün tarixi, tarixin bu günü

Bu günün tarixi, tarixin bu günü

1435 – Təbriz yaxınlığında Qaraqoyunlu hökmdarı İsgəndərin qoşunları ilə Teymurilər hökmdarı Şahrux və Şirvanşahın birləşmiş qüvvələri arasında döyüş olub. Döyüş Qaraqoyunlu qoşunlarının məğlubiyyəti ilə başa çatıb.


1744 – İran taxt-tacının azərbaycanlı (türk) hökmdarı Nadir şah Əfşar Orta Asiya və Hindistan zəfərlərindən sonra Osmanlı üzərinə uğursuz yürüş edib.


1918 – Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə çar Rusiyası işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub.


1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilib və sovet liderlərindən olan Sergey Mironoviç Kirovun adı ilə Kirovabad adlandırılıb. 1989-cu ildə təkrar tarixi adı özünə qaytarıldı.


1969 - Azərbaycanın Milli Qəhrəmanı Aqil Səməd oğlu Məmmədov (1969-1992) Qubadlı rayonunda anadan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə