“Azərbaycan Rusiyalı Tələbələrin Gözü ilə”adlı layihəyə yekun vuruldu

“Azərbaycan Rusiyalı Tələbələrin Gözü ilə”adlı layihəyə yekun vuruldu

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Rusiya Azərbaycanlılarının Federal Milli-mədəni Muxtariyyatı Təşkilatının ("AzerRos") təşkilatçılığı ilə rusiyalı tələblərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşün məqsədi "AzerRos"un həyata keçirdiyi "Azərbaycan Rusiyalı Tələbələrin Gözü ilə"adlı layihənin yekununun perspektivləri haqda fikir mübadiləsi aparmaq olub. "AzerRos"un sədri Qalib Ağayev layihə haqqında məlumat verib: " Bu gün yekun vurduğumuz layihə Rusiyanın 6 subyektində baş tutub. İlk dəfə belə bir layihəni Rusiyanın İstra rayonunda İntellektual Araşdırma Konkursu ilə birlikdə keçirdik. "Azərbaycan Rusiyalı Tələbələrin Gözü ilə" adlı layihə ötən il Rusiyanın paytaxtı Moskva şəhərinin ali məktəbləri və orta məktəb şagirdləri arasında təşkil olunmuşdu. Artıq gələn il isə 25 subyektdə keçirməyi nəzərdə tuturuq".

Qeyd edək ki, layihənin qalibi olmuş tələbələr Azərbaycanın Gəncə, Mingəçevir, Şəki və Qəbələ şəhərlərində olub. Təşkilat tərəfindən qaliblərə diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə