İfadə azadlığı və medianın məsuliyyəti mövzusunda konfrans keçirilib - FOTOLAR

İfadə azadlığı və medianın məsuliyyəti mövzusunda konfrans keçirilib - FOTOLAR

28 iyun tarixində Beynəlxalq Mətbuat Mərkəzində "İfadə azadlığı və medianın məsuliyyəti" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfrans Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyininin və Abropa Qəzetçilər Birliyinin təşkilatçılığı ilə təşkil olunub.


Tədbirə açılışı Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu edib. O və Avropa Qəzetçilər Birliyinin rəhbəri Adnan Fişəng ifadə azadlığı və medianın məsuliyyəti mövzusunda öz çıxışlarını ediblər.


Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında media sahəsində olan bəzi məsələlər barədə öz fikirləri ilə bölüşüb: "Bizim əldə etdiyimiz uğurlarımız kifayət qədərdir, hələ qarşıya qoyduğumuz məqsədlərimiz də var. Amma hal-hazırda medianın inkişafı üçün reklam bazarının da inkişafı mütləqdir. Mən ümid edirəm ki, yaxın zamanda biz bu əməkdaşlıqlarla yeni-yeni uğurlara imza atmış olacağıq".


"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitu" İB rəhbəri, millət vəkili Qənirə xanım Paşayeva Azərbaycan həqiqətlərinin dünyaya daha geniş tanıdılmasında mətbuat və mediamızın üzərinə düşən vəzifələr barədə çıxış edib.


Daha sonra hər üç təşkilat, yəni Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri Qənirə xanım Paşayeva və Avropa Qəzetçilər Birliyinin rəhbəri Adnan Fişəng araşında əməkdaşlığın genişləndirilməsinə dair bir saziş imzalanıb.


Həmçinin konfransda Beynəlxalq Mətbuat İnstitutunun təmsilçisi Melisa Melitoviç çıxış edib. O, Beynəlxalq Mətbuat İnstitunun üzvlük vəsiqəsini millət vəkili Qənirə xanım Paşayevaya və "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyliyə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə